|
Mahnılar
|
Sözləri İlyas Tapdığın, Musiqisi Qafar Namazəliyevindir. Gəl, seyr edək bu diyarı, Üzə gülür Neft daşları. Buruqların sıx qatarı Ürəyimin sevincidir. Nəqərat: Əziz anam – Azərbaycan, Anamın da anasısan! Xoş günlərin hər bir zaman Ürəyimin sevincidir. Fərəh verir gen düzlərim, Gecələrim, gündüzlərim. Neftim, Bakım, göy Xəzərim Ürəyimin sevincidir. Nəqərat. Ətir saçır çöl-çəmənim, Qızıl gülüm, yasəmənim. Sumqayıtım, Daşkəsənim Ürəyimin sevincidir. Nəqərat. |
|