Yağış PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.

Ağacların canı yağış,
Tarlaların qanı yağış,
Göydən yerə töküləndə
Tutursan hər yanı, yağış.

Yağ, torpaqlar olsun sulu,
Yaşıl bağlar olsun sulu,
Səndən fayda gəlsin elə,
El götürsün bol məhsulu.

Şırhaşırla yağ, ay yağış!
Bərəkətli olsun tarla.
Deyək sənə: alqış! Alqış!
Bağlar yayda dolsun barla. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 15 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365773