Yürüş mahnısı PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Hüseyn Abbaszadənin,
Musuqisi Qənbər Hüseynlinindir.

Səfərə çıxmış yenə,
Gənc pioner dəstəmiz!
Leninin nəvələri
Kommunist nəsliyik biz!

Nəqərat:

Yolumuz partiyanın
Böyük döyüş yoludur,
Ürəyimiz yaratmaq
Həvəsiylə doludur.

Dəstəmizin önündə
Şeypurumuz gurlayır,
Barabanın səsini
Külək ətrafa yayır.

Nəqərat.

Yeriyirik inamla,
Cərgələrimiz sıxdır,
Fikrimiz yurdumuzun
Səhəritək açıqdır.

Nəqərat.

Yeriyirik dağlardan,
Dərələrdən aşaraq,
Başımızın üstündə
Yellənir qızıl bayraq. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 119 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299266