Arxa, kömək, dayaq, iftixar PDF Çap et Dosta göndər
Bayatılar

***

Qaya tək buzlar gördüm,
Göydə ulduzlar gördüm,
Anasına oxşayan
Qoçaq, mərd qızlar gördüm.

 

***

Dağların qaşı sənsən
Dibinin daşı sənsən.
Eldə neçə igid var,
Hamının başı sənsən.

 

***

Bu yurdun tacı bağlar,
Meyvəsi acı bağlar,
Ağrısa qardaş başı,
Yenə də bacı bağlar.

 

***

Xəncər üstə qaş gəlir,
Qoşun başa-baş gəlir,
Qoşuna qurban olum,
İçində qardaş gəlir.

 

***

Gətir sazını, qardaş,
Pozma yazını, qardaş,
Böyü, ol qoçaq igid,
Çəkim nazını, qardaş.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 11 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367924