|
Atalar sözü və məsəllər
|
*** Pay verdi, dalınca xəbər göndərdi. *** Papağını məscidə atsan dalınca getməz. *** Paxıl artmaz. *** Paxıl olmasan, dərdin olmaz. *** Peyğəmbər əvvəl öz canına dua eləyib. *** Pis iş mərdə ar olar, Namərd gözü dar olar. *** Pis günün ömrü az olar. *** Pişiyin ağzı ətə çatmayanda deyər iy verir. *** Pişiyi bağlayıb süfrə açır. *** Pul verməz, can verər. *** Pusquda oturan yatmaz. |
|