Seçilmiş əsərləri (Şiller)

"Öndər nəşriyyat", Bakı, 2004, 352 səh. ISBN: 9952-416-35-X. Çəkisi: 353 qr., ölçüsü: 150x210 (mm.).


11.00 AZN


Alman xalqının böyük oğlu - şair, dramaturq, incəsənət nəzəriyyətçisi Fridrix Şiller dünya ədəbiyyatının görkəmli simaları layiqli yer tutur. Almaniyada maarifçiliyin tanınmış nümayəndəsi, yeni alman ədəbiyyatının banilərindən olan sənətkar, ömrü boyu, öz yaradıcılığı ilə doğma xalqının milli mənafeyi uğrunda çıxış edən qüvvələri zülmə və istibdada, köhnəliyə və cəhalətə qarşı mübarizəyə çağırmışdır.

Şiller yaradıcılığı dünya dramaturgiyasının inkişafına, o cümlədən Cəfər Cabbarlının ilk dövr yaradıcılığına təsir göstərmişdir.

Oxuculara təqdim olunan bu kitaba qüdrətli qələm sahibinin qayəcə bir-biriylə səsləşən üç səhnə əsəri daxil edilmişdir: "Qaçaqlar", "Genuyada Fieskonun sui-qəsdi", "Məkr və Məhəbbət".

Adı çəkilən əsərlər müxtəlif illərdə Azərbaycanda tamaşaya qoyulmuş və rəğbətlə qarşılanmışdır. "Qaçaqlar"ın hələ 1907-ci ildə Bakıda göstərilən ilk tamaşasında milli teatrımızın unudulmaz aktyoru Hüseyn Ərəblinski Frans Moor obrazını ustalıqla yaratmışdı.



AZN məzənnəsi
2026 tam siyahı
1 USD 1.7000
1 EUR 2.0018
1 TRY 0.0379

 

 

Bu kitablara baxdım:

  • Seçilmiş əsərləri (M. Y. Saltıkov-Şedrin)