|
Şeirlər -
Nizami Gəncəvi. Qazəllər.
|
Hüsnün gözəl ayətləri, ey sevgili canan! Olmuş bütün aləm sənin şə’ninə şayan.
Gəl eylə inayət, mənə ver busə ləbindən, Çünki gözəlim busəsidir aşiqə ehsan.
Sordum ki: “könül hardadır”, aldım bu cavabı: “Heç sorma, tapılmaz onu axtarsa da insan”.
Rəhm eylə deyib, sel kimi göz yaşımı tökdüm Kim, qanım ilə əl yuma, ey afəti-dövran!
Insafın əgər varsa, açıq de, bu Nizami Sənlə necə rəftar eləsin, ey məhi-taban?
Gəl söylə cavabın nə olar sorğu zamanı, Əhvalımı səndən soruşarsa Qızıl Arslan? |
|