Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör! Hinində daldalanma çoc, həyətdə də dolanma çox, Yiyəndəki bıçağə bax, o tiqi-abdarı gör! Gətirdiyin yumurtadan nəticə cücə gözləmə, Qazanda qəyqanağə bax, ocaqdakı şərarı gör! Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlutək,* Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör! Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə, Gərəkli gündə onların qıçındakı fərarı gör! Amandır, uyma vaizin həlavəti-kəlamına, Əba-qəbanı qovza bax, içində zəhrmarı gör! Bu əğniyalərin üzün görüncə ehtiyacdə, Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! Bu inteliklərin* sözün gətirmə heç aralığa, Oları görmək istəsən, şərabı gör, qumarı gör! Palitqadır hər işləri, alışları, verişləri, Olarda bir əməl fəqət quru, boş iftixarı gör!
*İntelligentlərin (ziyalıların). |