Atmış niqabi-hüsnin məcmuəyi-təvangər, Məcmuədə düzülmüş eyzən xuruş sərasər, Həsrətkeşani-mətbəx, gürgani-bətnpərvər, Cari boğaza şərbət, sari-məzaqə şəkkər, Əksi-buxari-dolma, zilli-əmmameyi-sər, Dəryayi-iştəhayə olmaqda behcətavər, Hüzzar içində əsla yox bir fəqirü müztər, İftar vəqtidir ha, ey vaizi-süxənvər! İş başbilənsiz olmaz! Sərsüfrə sənsiz olmaz! Vəqti-ğəza ki, nəfsin cuş etdiyi zəmandır, Bilcumlə ruzədarə həngami-əkli-nandır, Ənvai-nazü nemət sərsüfrədə əyandır, Lakin o löqmələr həp əyanə şayəgandır, Hər su nəzər edərsən: bəydir, əmirü xandır, Fəqr əhlinə bu halət taqətgüdazi-candır, Iftar ləzzətəfza suri-səfanişandır, Ey müstəhəq, darıxma, könlün əgərçi qandır! Miskin həzənsiz olmaz! Qəm, qüssə sənsiz olmaz! Etdikcə mən təmaşa, gördükcə işbu kari – Acizdə inkisari, saildə iztirari, Miskində intizari, tacirdə ehtikari, Əşkim olur gözümdən xuni-ciyərlə cari, Heyhat, olurmu çeşmim haiz bu iqtidari Ta yanmadıqca könlüm, ey könlümün mədari?! Əşari-atəşin-dəm yaxdıqca qəlbi-zari, Təqlid edir təbiət mürğani-növbəhari. Şair süxənsiz olmaz, Şer isə sənsiz olmaz! Ey əhli-fəqrü faqə, ver şairə səlasın, Dəmdir ki, şair olsun dildadeyi-kəlanın, Dəmdir ki, şeri-nəğzim şərh etsin ərzi-halın, Şayani-rəhm olunsun hər kəscə infialın, Surətnümalıq etsin ayineyi-visalın, Gözlərdə cilvələnsin insan kimi cəmalın, Heyhat! Sümmə heyhat! Xam olmasın xəyalın! Bihimmət əğniyadən olmaz rəva sualın, Tök ruyi-zərdin üzrə daim sirişki-alın... Sail mihənsiz olmaz! Möhnət də sənsiz olmaz! |