Dilbər Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Ey dilbaranə tərzdə cövlan edən cocuq!
Yeksər musurmanın ürəyin qan edən cocuq!

Hər tanfə baxar sənin əqlü kəmalına,
Əxlaqına, xisalına, fikrü xəyalına,
Ancaq musurman aşiq olur gül cəmalına,
Yetmək dilər nə növ ilə olsa insalına,
Ey həsrətin çəkənləri nalan edən cocuq!
El dilbəranə tərzdə cövlan edən cocuq!

Ey tifli-sadə, gəzmə soqaqlarda boylə fərd,
Alicənab əmulərini bilmə çox də mərd,
“Ey kəbki xoşxüram, koca mirəvi begərd?
Ğürre məşo ki, qorbe-ye abid nəmaz kərd!*”
Yoxdur nəmazə sidq ilə iman edən, cocuq!
Ey dilbəranə tərzdə cövlan edən cocuq!

Hər guşədə sənə tapılır min fədayilər,
Rişi hənalı, sürməli gözlü vəfayilər,
Sofi, müridlər, məşədi, kərbəlayilər,
Cantək səni kənarə çəkər pullu dayilər,
Hər yerdə az deyil səni mehman edən, cocuq!
Ey dilbəranə tərzdə cövlan edən cocuq!

Tərif edər səni görə hər möhtərəm kişi,
Təqdim edər sənə bir ovuc səbzə, kişmişi,
Xam olma, alma, anla nədir bunların işi,
Məsum olan məzac ilə yox səbzə sazişi,
Olmaz dübarə dərdinə dərman edən, cocuq!
Ey dilbəranə tərzdə cövlan edən cocuq!

Çox nüktə var, sən anlamasan, anlar aşiqin,
Ol nüktəyə çəkir sərü samanlar aşiqin,
Ol baxəbər, olub necə əyanlar aşiqin,
Molla Həbiblər, Hacı Qurbanlar aşiqin,
Əlqissə, çoxdu canını qurban edən, cocuq!
Ey dilbəranə tərzdə cövlən edən cocuq!..