...Tapmacanın təbiri Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Nə lap kiçik, nə çox da çox iridir,
Qarnı yoğun, boynu da dam tiridir,
Ruhu ölüb, nəfsi hələ diridir,
İnsaniyyət paltarının kiridir,
Məmdəlidir,* əskiklərin biridir!
Molla əmi, gör tapdım, ya tapmadım?!