Çox da demə sərbətü samanlıyam, ey filan! Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Çox da demə sərbətü samanlıyam, ey filan!
Boldu pulum, bir neçə milyanlıyam, - bir utan!
Möhtərəməm, mötəbərəm, şanlıyam, - dur utan!
Məşhədiyəm, kablayıyam, hacıyam, nacıyam,
Dinliyəm, imanlıyam, ərkanlıyam,
Həm əli quranlıyam.

Səndə deyək din də var, iman da var, - filməsəl,
Ev dolusu neməti-əlzan da var, - bibədəl,
Xəz-küləcə, sərvətü saman da var, - çox gözəl,
Ev-eşik, eyvan, mütəəddid otaq, - təmtəraq,
Yağlı plov, dadlı fisincan da var,
Şərbəti-reyhan da var.

Qonşuda lakin neçə üryan da var, - qış, boran...
Giryə də var, naləvü əfğan da var, nimcan...
Sən ki, şəriətçisən, ey binəva, qıl həya!
Şərdə axır nə, bir ehsan da var,
Həqqi-müsəlman da var...

İndi get insaf elə,
Aç başını, ver yelə,
Məzhəbü iman sözün
Bird eləmə bir belə!..