|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Satiralar.
|
Əşhədü billahi əliyyül əzim, Sahibi-imanəm, a şirvanlılar! Yox yeni bir dinə yəqinin mənim, Köhnə müsəlmanəm, a şirvanlılar! Şiəyəm, əmma nə bu əşkaldən, Sünniyəm, əmma nə bu əmsaldən. Sufiyəm, əmma nə bu əbdaldən, Həq sevən insanəm, a şirvanlılar! Ümməti-mərhuməvü məğfur ilə, Əmrdəyəm taəti-məzbur ilə, Küfrümə hökm eyləməyin zur ilə, Qaili-ruranəm, a şirvanlılar! |
|