(Mülki-Şirazə Zilli-Sultanın) Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Mülki-Şirazə Zilli-Sultanın1
Yenə hakimliyi müqərrər isə,
Kim deməz ömrü bitdi İranın –
On min ildən daha müəmmər isə?!

 


1Zilli-Sultan – Məhəmmədəli şahın əmisi idi. İranda məşrutə vaxtı Avropaya getmişdi. Məhəmmədəli şah taxtdan salındıqdan sonra Zilli-Sultan İrana qayıdıb, Şiraza hakim olmaq istəmişdi. Bu və bundan sonrakı iki taziyanə həmin məsələ ilə əlaqədar yazılmışdır.