(Zilli-Sultana, amandır, verməyin İrana yol) Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Zilli-Sultana, amandır, verməyin İrana yol,
Rəhmi edn bir kərrə xəlqüllaha, allah eşqinə!
Işbu millət xainin mən, sən deyil, aləm tanır,
Yalxı xəlqüllah deyil, allah satar şah eşqinə!