|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Taziyanələr.
|
Xəstəmiz Əbdülhəmid1 artıq sağaldı, səmridi, Şimdiki halilə məmnuniyyət izhar eyləyir; Şey yeyir, çalğı çalır, gahi yazır, gahi oxur, Vəqtini bəzən də dülgərlikdə imrar eyləyir. Əbdülhəmid deyir ki: Sanma kəsmək, doğramaq, yonmaq misilli işlərin Olmuşam məşğuli ol gündən ki, nəccar olmuşam; Lafövəllah, hökmranlıq etdiyim günlərdə də Kəsmişəm, kəsdirmişəm, sultani-cəbbar olmuşam.
*“Tərcümani-həqiqət” – İstambulda nəşr olunan gündəlik türk qəzeti idi. 1Türkiyə sultanı II Əbdülhəmid nəzərdə tutulur. |
|