Almaniya imperatoru Vilhelm deyir ki: Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Möhtərəm iranlılar, sizdən təmənnamız budur;
Bir də İran hifzini bizdən təmənna etməyin;
Çünki rusun, ingilisin xatiri bizdən sınar,
İncinərlər; siz dəxi artıq təğəlla etməyin.

 

Aləmi-insaniyyət də deyir ki:

Növpərvər, rəhmgüstər, mədələtfər Vilhelm,
Bir də ali namımı dillərdə icra etməyin;
Çünki vicdanın o nazik xatiri sizdən sınar
İncinər; artıq ona minbəd iyza etməyin.