(Gündə üç kağızı, beş konpyanı imza edərək) Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Gündə üç kağızı, beş konpyanı imza edərək, 
Rayevski çəkiyormuş nə məratib zəhəmat?! 
Kişinin zəhməti çoxkən uçitellərdən də (?) 
Yirmi min donluq ilə eyləyir imrari-həyat. 
Uçitellərsə fəqət ildə alır doqquz yüz, 
Gündə beş saət edir əlli uşaqçın xidəmat. 
Var ikən məsələdə bunca təfavüt, əcəba, 
Rayevski utanırmı dediyindən, heyhat?!