|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Taziyanələr.
|
Qurulubdur yenə meydani-həyahayi-süxən, Yazılır şer, açılır pərdeyi-mənayi-süxən;
Şair olmaq hünərindən başı bibəhrə ikən Girişib oğruluğa Mirzəli Ağayi-süxən;
Əşrəfin gündə birər danə rübaisi ilə Özünü ədd ediyor şairi-danayi-süxən.
Nə gözəl söyləmiş ol Nəfiyi1 – ustadi-kəlam, O böyük xazini-rövşəndilü kalayi-süxən:
“Sirğəti-şer edənə qəti-zəban lazımdır, Boylədir şəri-bəlağətdə fötavayi-süxən”.
1NəfI (1582 - 1634) – Böyük türk şairi, qəsidə və satiric şer ustasıdır. Öz həcvlərinə görə hökümət tərəfindən edam edilmişdir. |
|