Ərdəbil hakimi Rəşidülmülkə Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Şeyx Sədi1 deyir ki:

Ey qolçomaq, əlsizlərə çox eyləmə azar,
Zənn etmə ki, daim belə qızğın qala bazar…
Min zülm çatır xəlqə dilazarlığından,
Yeydir sənə ölmək bu cəhandarlığından!.. 

 


1Müslihiddin Sədiyi-Şirazi (1184-1291) – Şərqin dahi klassiklərindən biridir.