|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.
|
Mollanın börkünü çalıb oğru, Yüyürüb qaçdı bir bağa doğru. Baxmadı oğrusu gedər nərəyə, - Özü ancaq yüyürdü məğbərəyə. Mollanı gördülər durur orada, Dedilər: “Durmusan neçin burada?” Dedi: “Bir oğru börkümü çaldı, Qaçdı getdi, başım açıq qaldı”. Dedilər: “Oğru qaçdı, getdi bağa, Burada boş oturma, dur ayağa, Bağa doğru get, eyləmə ehmal, Oğrunu tap o yerdə, börkünü al”. “Nəmə lazım, - dedi ki, - bağ haradır, Oğrunun aqibət yeri buradır”. |
|