|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Bənövşəyəm, bənövşə Düşmüşəm dilə-dişə; Qızlar, oğlanlar məni Dərib taxarlar döşə. Bahar oldu açaram, Qar, borandan qaçaram; Başqa güllər açanda, Mən quş olub uçaram. Qurudar məni ayaz, Yaşayıram bircə yaz. Rəngim, ətrim gözəldir, Əl vurmayın, ömrüm az. 1928 |
|