Cütcü Çap et
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Cütcü, əkinci baba,
Bahar gəlir, qalx daha!
At kürkünü bir yana,
Büzüşmə çox, gəl cana!
Yaşıllanır çöl, çəmən,
Rəhmət yağır göylərdən
Dayanma get tarlaya,
Şumla, ək, biç, vur taya!
Cütcü, əkinçi baba.
Bahar gəlir qalx daha!

1907