Keçi Çap et
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Ala-bula, boz keçi,
Ay qoşa buynuz keçi!
Yalğız gəzmə, dolanma,
Dağa-daşa dırmanma.
Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?
Çoban açınca gözün,
Qalar iki buynuzsun.

1906