|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Saqqalı ağ, saçı ağ, Əlində zorba çomaq Gəldi qocalmış baba Şaxta baba, qış baba. Gurladı boğuq səsi Uğuldadı nəğməsi: “Ay uşaqlar, mən qışam, Burda mənzil salmışam. Mən gələndə qar yağar, Onu sevər uşaqlar. Qardan adam yaparaq, Oynarlar qar-topalaq. Soyuq qış axşamında İsti ocaq başında Nağıl deyir nənələr, Qulaq asır nəvələr”. Çöldə ayaz, boran, qar, Qışın da bir dövrü var... 1946 |
|