Tonqal Çap et
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Bir qırmızı güldür tonqal
Bir dəstə sünbüldür tonqal
Bağdan dərilmiş lalədir,
İçilməz al piyalədir.

Bir xonçadır al günəşdən,
Həyat gəlir bu atəşdən.
Nə gözəldir şən nəğməsi,
Ruha nəşə verir səsi.

1942