Top oyunu Çap et
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Hop, hop, hop,
Oynayaq top-top
Quş tək qanad aç,
Topu atdım, qaç!
Əlin belində
Güllər əlində
Sağdan sola arş!
Qaç, durma, yoldaş!
Dik tut başını,
Vur yoldaşını,
Topu tut göydə,
Qaçın birlikdə
Ura, irəli,
Dönməyin geri!

1928