Sən ey gözəl Vətənim, Yurdum, yuvamsan mənim. Səndə xoş ömür sürür. Sevilənim, sevənim, Sənsən yanan çırağım, Yurdum, yuvam, ocağım, Havam, suyum, torpağım. Bağım, tarlam, çəmənim. Səni duymaz hər yetən, Eşqin çıxmaz könüldən. Böyük anam sənsən, sən! Varlığımsan sən mənim. Sənindir çırpan ürək, Səndən doğar hər dilək, Nə gözəlsən, nə göyçək Sən, ey ana Vətənim! 1944 |