|
Şeirlər -
Seyid Əzim Şirvani. Şeirlər.
|
Belə təqrir ediblər əhli-bəyan, Həbəş əhliydi həzrəti-Loğman. Surəti sanki bir tutulmuş mah, Ləb sitəbr idi, rəngi-ruyisiyah. Dedilər: - Ey güli-riyazi-ədəb, Sənə nə hüsi əta edibdir rəbb? Dedi: - Pərvərdigari-ərzü səma Hüsni-batin mənə edibdir əta. Hüsni-zahir əgərci əhsəndir. Leyk ondan ədəb mühəssəndir. Hüsndür gərci bir ətiyyeyi-rəbb, Leyk ondan gözəldir hüsni-ədəb. |
|