Ey oğul, olma talibi-badə, Getməsin ta ki, izzətin badə. Badənin zuri əqli zail edər, Adəmi hər fəsadə mail edər. Əqldəndir şərafəti-insan, Olmasa əql, mərd olur nadan. Badə tabı olur şüura hicab, Əqli məstur eyləyib meyi-nab.1 Veribən simü zər şərab alma, Ey oğul, əqlüvə hicab alma... Bil ki, ümmül-fəsaddır2 badə, Verdi çox xanimanları badə. Bir zaman gərçi mən üzüqarə Var idim badənuşü meyxarə: Mənə mənzil şərabxanə idi, Həmdəmim çəng ilə çağanə idi; Məclisimdə həmişə hal əhli, Mərifət məcməyi, kəmal əhli; Həmdəmim hər büti-pərivəş idi, Mənə məşrəb şərabi-biğəş idi; Arü, namusü, qeyrəti atdım. Baş qoyub xüm3 ayağına yatdım; Gecələr məst, ta səhər bəngi, Həmbüsatım müğənniyü çəngi; Çəkməmiş başıma səhərlər əyağ.4 Olmaz idim durub yerimdən oayğ; Gərçi elmü fərasətim çox idi, Əhli-fəzl içrə hörmətim yox idi; Məst olub xəlq ilə cidal etdim, Əqlimi cəhlə payimal etdim; Məstlikdən olan zaman huşyar, Gördüm əldən gedibdü qeyrətü ar; Incinib cümlə yarü ənsarım, Qalmayıb kimsənə havadarım; Çıxmışam ta ki, məst bazarə, Gəlmişəm rast hər dilazarə; Əlidaşlı uşaqlar hər yan Məni-bədməstə oldu səngzənan; Batmışam gül kimi qızıl qanə, Dönmüşəm sərbəsər gülüstanə; Ta ki, tövfiq oldu həmrahım, Lütflər eylədi mənə şahım; Ta hidayət çirağı saldı ziya, Qəlbimi rövşən etdi nuri-xuda. Eylədim pak camdən tövbə, Dəxi şürbi-müdamdən tövbə...
1Meyi-nab - saf, xalis şərab. 2Ümmül-fəsad - fəsad anası. 3Xüm - küp. 4Əyağ - badə. |