|
Şeirlər -
Seyid Əzim Şirvani. Şeirlər.
|
Cəfər, ey rahəti-rəvani-pədər, Güli-xoşətri-gülsitani-pədər. Sədəfi-təbimin səmin gühəri, Vermə bir kimsəyə, yaman xəbəri. Bülbül ol, ver bahardan müjdə, Cüğd1 tək xəlqi etmə pəjmürdə. Farsidə bu fərdi bir dana Eyləyibdir nəsihət ilə əda: “Bülbüla, müjdeyi-bəhar biyar, xəbəri-bəd bebumi-şum güzar”.2
1Cüğd – bayquş.
2"Bülbüla, müjdeyi-bəhar biyar, xəbəri-bəd bebumi-şum güzar" | _ | ”Ey bülbül, bahar müjdəsi gətir, Pis xəbəri bayquşa həvalə elə”. |
|
|