|
Şeirlər -
Seyid Əzim Şirvani. Şeirlər.
|
Ey oğul, bil ki, adəmi-bikar, Xüşk olan bir odundu, layiqi-nar. Bunu bizdən deyibdilər əqdəm: Sənəti olmayan deyil adəm. Puç olub getsə dövlətin vayə, Yenə sənətdir əldə sərmayə. Gər ticarətçün olmasa dövlət, Səy qıl, hasil eylə bir sənət. Elmdir əhli-sənətin hünəri, Elmsiz sənətin nədir səməri? Elmsiz sənətin nə miqdarı, “Kari-buzinə nist nəcari”1
1Kari-buzinə nist nəcari - Dülgərlik meymunun işi deyil. |
|