Seyyida, olma əhməq ilə yar, Ta səni əhməq etməsin zinhar. Belə təqrir edibdir əhli-bəyan- Ki, müəssirdir ülfəti-insan. Elə təsdiq kim, bu söz həqdir, Əhməqin yoldaşı həm əhməqdir. Əhməqin yoxdur əql ilə karı, Bilməz əhməq səyaqi-göftarı. Sən deyərsən ki, asimandır bu, O deyər, ari, risimandır bu, Guş qıl kim, bu xoş rəvayətdir, Gərçi bir müxtəsər hekayətdir: Var idi bir əmiri-sahibzər, Muzd ilə saxlamışdı bir çakər.1 Leyk ol çakər əhməq idi, zəbun, Fəhmdən dur, huşdən məğbun. Dedi bir gün əmir o gümrahə- Ki, filan kimsə gəlsə dərgəha, Məni səndən sual qılsa əgər, Degilən evdə yoxdu, getdi səhər. Başa düşdünmü mən deyən hali, Yaxşı oldunmu bu sözə hali? Dedi: - Düşdüm başa bunu, amma Nə deyim gəlməsə bəs, ey mövla?
1Çakər – nökər. |