Cüh bir vaxt yük buğdanı dəyirmana aparırdı. Yolda dedi ki, əgər bu buğdalar hamısı tila1 olsaydı, nə yaxşı olardı! Nagah buğdanın çuvalları deşildi, o buğdalar yerə dağıldı. Dedi ki, xudavənda, buğdaları ki, tila eləmədin - heç. Dəxi nə üçün yerə dağıtdın? Sənə nə yamanlıq eləmişdi?