Qodu-Qodu Çap et
Nəğmələr - Mövsum və mərasim nəğmələri.

***

Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı gün gördünmü?
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa.

 

***

Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir.
Qoymayın ağlamağa. 

Getmişdim Göyçəliyə,
Yoldaşım endi çəliyə,
Baldırın it daladı,
Hönkür-hönkür ağladı.
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa.