|
Mahnılar
|
Sözləri Mehdi Seyidzadənin, Musuqisi Səyid Rüstəmovundur. Ağ alma, göyçək alma, Açmısan çiçək, alma. Bağda sənə baxmayıb, Biz necə keçək, alma! Ağ alma, sarı alma, Bağların barı alma, Şirin-şəkər kimisən, Bax mənə sarı, alma. Ağ alma, qızıl alma, Saplaqdan üzül alma. Bizə qonaq gələndə, Boşqaba düzül, alma. |
|