|
Mahnılar
|
Sözləri Teymur Elçinin, Musiqisi Fikrət Amirovundur. Bizim həyətdə Yüz uşaq var. Bir-birini Çox sevir onlar. Böyük meydandır Bizim həyət, Qaynar qazandır Bizim həyət. Nəqərat: Bax, bax, nə gözəldir Bizim həyət. Gəl, bax nə gözəldir Bizim həyət. Uca evləri Nə göyçəkdir, Onun dörd yanı Gül-çiçəkdir. Gömgöy dənizdir Bizim həyət Hər vaxt təmizdir Bizim həyət. Nəqərat. Dərsdən, bağçadan Gələndə biz, Gülür, oynayır Həyətimiz. Qoşur nəğmələr Bizim həyət, Hər gün, hər səhər Bizim həyət. Nəqərat. |
|