|
Mahnılar
|
Sözləri Cahangir Məmmədovun, Musiqisi Ağabacı Rzayevanındır. Buzovum çox qəşəngdir, Rəngi ala-buladır. Təzəcə durub gəzir, Axı hələ baladır. Ay gözəl buzovum, Yaxın, gəl, buzovum. Su içmək istədi o, Yaxınlaşdı bulağa, Suda görçək şəklini Qorxub qaçdı uzağa... Ay gözəl buzovum, Yaxın gəl, buzovum. |
|