|
Mahnılar
|
Sözləri Tofiq Mütəllibovun, Musiqisi Qənbər Hüseynlinindir. Cib-cib cücələrim. Cib-cib-cib-cib cücələrim. Mənim qəşəng cücələrim, Tükü ipək cücələrim. Gözləyirəm tez gəliniz, Göy çəməndə dincəliniz. Ay qəşəng cücələrim, Tükü ipək cücələrim, Mənim göyçək cücələrim. Cib-cib cücələrim. Cib-cib-cib-cib cücələrim. Nə yesəniz mən verərəm, Su verərəm, dən verərəm Ay qəşəng cücələrim, Tükü ipək cücələrim, Mənim göyçək cücələrim. Cib-cib cücələrim. Cib-cib-cib-cib cücələrim. Arzum budur boy atasız, Ananıza tez çatasız. Ay qəşəng cücələrim, Tükü ipək cücələrim, Mənim göyçək cücələrim. |
|