|
Mahnılar
|
Sözləri İlyas Tapdığın, Musiqisi Nəriman Məmmədovundur. Saat yeddi: çıq-çıq, çıq-çıq. Qalx yataqdan, bağçaya çıx. Bax açılan çiçəklərə Gəz, şehli gül dərə-dərə. Nəqərat: Gün çıxmadan sərin-sərin, Havasını ud səhərin. Kim çox yatsa səhər-səhər, İştahası tez kəsilər. Erkən gəzsə bağ-bağçanı, Möhkəm olar onun canı. Qalx yataqdan, bağçaya çıx. Çıq-çıq, çıq-çıq. Çıq-çıq, çıq-çıq. Nəqərat. |
|