Dağlar Çap et
Mahnılar

 Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.

Dərələri çox dərin,
Köhlən buludlu dağlar!
Suları buzdan sərin,
Ey şabalıdlı dağlar!

Döşü güllü, çiçəkli,
Yoncalı, biçənəkli;
Meşələri tənəkli,
Moruqlu, tutlu dağlar.

Bülbüllərin gülşəni,
Maralların məskəni,
Qəhrəmanlar vətəni,
Ey qartal yurdlu dağlar.