Dovşanım Çap et
Mahnılar

 Sözləri Yusif Həsənbəyin,
Musiqisi Qənbər Hüseynlinindir.

Sən nə dəcəlsən, dəcəl
Dovşanım, a dovşanım.
Bağça-bağı dolan, gəl
Bostanıma, dovşanım.

Bostanımda əkmişəm
Səndən ötrü hər tağı,
Qayğısını çəkmişəm
Bahar çağı, yaz çağı.

Burda hər nə desən var,
Yamacı, yalı gəzmə.
Qovun, qarpız yesən var –
Məndən aralı gəzmə.

Gözləri göy, rəngi ağ,
Haçaqulaq dovşanım.
Qaçma sən məndən uzaq,
Gəl, dost olaq, dovşanım.