|
Mahnılar
|
Sözləri Cahangir Məmmədovun, Musiqisi Ağabacı Rzayevanındır. Bəzəkli vaqonlardan Qatar düzəltmişik biz. Sərnişinlər, tez olun, Yoxsa gecikərsiniz. Qatar gedir: du, du, du, du... Dostluq qatarıdır bu. Bakıdan Moskvaya Biz gedirik: taq-taq-taq... Qatar bir azdan sonra Geriyə qayıdacaq. Qatar gedir: du, du, du, du... Dostluq qatarıdır bu. Əgər gündə on dəfə Gedib-gəlsə bu qatar, Sevimli dostlarımız Görün nə qədər artar. Qatar gedir: du, du, du, du... Dostluq qatarıdır bu. |
|