|
Mahnılar
|
Sözləri Mehdi Seyidzadənin, Musuqisi Səyid Rüstəmovundur. Xəzər, Xəzər, coşqun Xəzər! Dalğan göyərçinə bənzər. Səhər, axşam qucağında Gəmi üzər, qayıq gəzər. Dənizçilər üzə-üzə, Sularında gəzə-gəzə, Doğma qardaş ellərindən Pay gətirir hər gün bizə. Dənizçilər bilməz tufan, Bilməz yağış, bilməz duman, Sənin doğma sularında Keşik çəkir hər bir zaman. |
|