Kəndimiz Çap et
Mahnılar

  Sözləri Yusif Həsənbəyin,
Musiqisi Nazim Əliverdibəyovundur.

Yeni zəfərlərlə açılır səhər,
Mahnılar yüksəlir burdan hər yana.
Dövləti, varıyla gözəl kəndimiz,
Şan-şöhrət gətirir Azərbaycana.

Nəqərat:

Şöhrəti, şanı var
Kəndimizin,
Gözəl dövranı var
Kəndimizin.

Bizim dağlar kimi uca dağ hanı?
Gümüş şəlalələr köksündə çağlar.
Ətriylə məst edir çöllər insanı,
Görənlər bu yerə könlünü bağlar.

Nəqərat.

Kəndin zinətidir meyvəli bağlar,
Məhsullu tarlalar, geniş düzənlər.
Ceyranlı dərələr, sərin bulaqlar,
Tarlada səhəri açan gözəllər.

Nəqərat.