|
Mahnılar
|
Sözləri Sərdar Əsədin, Musiqisi Ramiz Mustafayevindir. Nəfəsi süd qoxulu, Üzümə çox baxmısan. Axşam gəldi yuxulu, Sən hələ oyaqmısan! Nəqərat: Laylaları çəkmişəm Yastığının üzünə; Səslər ilə tikmişəm, Qıyma onlar üzülə. Açmışam pəncərəni, Saçından əssin külək. Bir də öpüm mən səni. Öpüşlərin mübarək! Nəqərat. Arzu beşiyindəyəm, Al varımı-yoxumu. Bala, keşiyindəyəm – Yat mənim də yuxumu!... Nəqərat. |
|