Sarı limon Çap et
Mahnılar

 Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Ağabacı Rzayevanındır.

Mənim limon ağacım
Sən bu il bar vermisən,
Kiçik qəlbim sevinir
Şirin nubar vermisən.

Doğma, mehriban anam
İndi işdən gələcək.
Mənim qəşəng bağçamda,
Oturub dincələcək.

Mən sənin limonundan
Pay verəcəyəm ona,
Stəkanda limonlu
Çay verəcəyəm ona.

Sənsən qəşəng bağçamın
Şirin barı limonum,
Mənim sarı limonum,
Mənim sarı limonum.