|
Mahnılar
|
Sözləri Hikmət Ziyanın, Musiqisi Musa Mirzəyevindir. Səslən, şeypurum, səslən, Qoy sənin xoşa gəlsin. Əzəmətlə gurla sən, Qəlbimiz coşa gəlsin. Nəqərat: Şənliyə, nümayişə, Dəstəmizlə qoşa get. Səyahətə, yürüşə Sən bizi səfərbər et. Bizimlə birlikdə gəz Dağları sən, düzü sən. Tez oyatmağa tələs Düşərgədə bizi sən. Nəqərat: Səslən, şeypurum, səslən, Eşidək şən nəğməni. Sevimlisən əzəldən, Dinləmək xoşdur səni. |
|