|
Mahnılar
|
Sözləri Yusif Həsənbəyin, Musiqisi Oqtay Zülfüqarovundur. Bir gün balaca Tərlan, Bir ev tikdi taxtadan, Quyruğuyla vuraraq, Uçurdu onu Məstan. Tərlan əziyyət çəkib. Yenidən qurdu onu. Balaca Məstan gəlib Yenə uçurdu onu. Baxıb Məstana bu an, Belə söylədi Tərlan. İndi qurduğum evi Uçurursan sən asan, Möhkəm evlər tikərəm Mən də böyüyən zaman. |
|