Tonqalımız Çap et
Mahnılar

 Sözləri Yusif Həsənbəyin,
Musiqisi Oqtay Zülfüqarovundur.

Bağda yaşıl təpə üstə,
Tonqalımız yanır yenə.
Yığılmışıq dəstə-dəstə
Biz də onun dövrəsinə.

Tonqal yanır, nur şöləsi
Şəfəq yayır uzaqlara.
Kaman səsi, qarmon səsi
Səda salır göy dağlara.

Bu tonqalın sönsə odu,
Qəlbimizdə qalsın adı,
Çünki neçə əziz dostu
Dövrəsinə o topladı.